Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayevin adı “Neftçi” ilə birgə hallanır. Şahin Diniyevin “Kəpəz”ə gedişindən sonra Məşqçilər Komitəsinə gətiriləcəyi deyilən “serb cəlladı” üçün indi də “Neftçi”nin Müşahidə Şurasında çalışmaq imkanı yaranıb.
Məsələnin bu gün rəsmiləşəcəyi deyilsə də, bununla bağlı saytımıza danışan Abdullayev konkret fikir söyləməyə çətinlik çəkdi: “Neftçi”də çalışacağam? Vallah, mənə bu barədə heç kim heç nə deməyib. Hər kəs bilir ki, “Neftçi” mənə doğma klubdur. Futbola orada başlamışam, futbolu orada bitirmişəm. Klub mənim üçün çox əzizdir. Amma konkret nəsə yoxdur”.
Qeyd edəki, son olaraq “Araz Naxçıvan”da çalışmış Abdullayev uzun illər oynadığı “Neftçi”də ən çox matça çıxan futbolçulardan biridir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp