AÇ-2016-nın seçmə mərhələsində 9-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, D, F və İ qruplarında 8 oyun baş tutub.
D qrupunun ilk pilləsində qərarlaşan Almaniya səfərdə İrlandiyanı sınağa çəkib. Qrupun digər görüşündə Şotlandiya Polşanı qəbul edib. Gürcüstan millisi isə çempionatla vidalaşan Cəbəllütariq yığması ilə üz-üzə gəlib.
F qrupunda qələbə qazana bilməyən Yunanıstan səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Digər görüşlərdə isə Macarıstan Farer adalarını, Rumıniya Finlandiyanı qəbul edib. 
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi ilk dueldə qalmaqallarla yadda qalan Serbiya yığmasını bu dəfə doğma azarkeşləri qarşısında sınayıb. İ qrupunun digər matçında isə Portuqaliya evdə Danimarka ilə üz-üzə gəlib.
AÇ-2016-nın seçmə mərhələsi
9-cu tur
8 oktyabr
D qrupu
Gürcüstan –  Cəbəllütariq 4:0
QOL: M. Vatsadze, 30, 45, T. Okriaşvili, 35 (Pen.), V. Kazaişvili, 87
Şotlandiya – Polşa  2:2
QOL: M. Riçi, 45, S. Fletçer, 62 – R. Levandovski, 3, 90
İrlandiya – Almaniya  1:0
QOL: Ş. Lonq, 70
 
1. Almaniya 9 6 1 2 22:8 19
      
2. Polşa 9 5 3 1 31:9 18
      
3. İrlandiya 9 5 3 1 18:5 18
      
4. Şotlandiya 9 3 3 3 16:12 12
      
5. Gürcüstan 9 3 0 6 9:14 9
      
6. Cəbəllütariq 9 0 0 9 2:50 0
F qrupu
Rumıniya – Finlandiya  1:1
QOL: S. Habon, 90 – Poyanpalo, 67
Şimali İrlandiya – Yunanıstan  3:1
QOL: S. Deyvis, 35, J. Magennis, 49, 58 – Aravidis, 87
Macarıstan – Farer adaları  2:1
QOL: D. Bode, 63, 71 – R. Yakobsen, 11
 
1. Ş. İrlandiya 9 6 2 1 15:7 20
      
2. Rumıniya 9 4 5 0 8:2 17
      
3. Macarıstan 9 4 4 1 8:5 16
      
4. Finlandiya 9 3 2 4 8:9 11
      
5. Farer Adaları 9 2 0 7 6:14 6
      
6. Yunanıstan 9 0 3 6 3:11 3
İ qrupu
Portuqaliya – Danimarka
 1:0
QOL: Moutinyo, 67
Albaniya – Serbiya  0:2
QOL: A. Kolarov, 90, A. Lyayiç, 90+2
 
1. Portuqaliya 7 6 0 1 9:4 18
      
2. Danimarka 8 3 3 2 8:5 12
     
3. Albaniya 7 3 2 2 7:5 11
      
4. Serbiya 7 2 1 4 7:11 4
      
5. Ermənistan 7 0 2 5 5:11 2
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp