Dortmud "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Klopp "Liverpul"la rəsmən anlaşıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
 
Bildirilir ki, müqavilənin detalları hələ dəqiqləşməyib və bu gün səhər saatlarında  təqdimat və mətbuat konfransı təşkil olunacaq. Əlavə olaraq bildirək ki, “qırmızılar” bu mövsüm komandanın uğursuz çıxışı səbəbi ilə baş məşqçi Brendan Rodcersi istefaya göndərib.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 8 turdan sonra "Liverpul" 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp