Topaz Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın dünənki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub. 
Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Qəbələ təmsilçisi oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp