Sabah  Avropa Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan İtaliyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, 4 qat dünya çempionları ilə görüşə maraq böyükdü. 
Saytımıza danışan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, dünən axşama olan məlumata əsasən bu oyuna 35 min bilet satılıb. Bu isə yeni rekord deməkdi. Belə ki, indiyədək heç vaxt millimizin matçlarında 35 min azarkeş iştirak etməyib. Oyuna hələ 1 gün qaldığını nəzərə alsaq, bu sayın daha da artacağına şübhə yoxdu. 
“Skuadrra Adzura” isə dünən axşam saatlarında Bakıya gəlib. İtalyanlar “Hilton” otelində məskunlaşıb.
Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp