Bildiyiniz kimi, “Kəpəz”ə məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim edən Aqil Məmmədovun  istəyinə “Sumqayıt” rəhbərliyi qarşı çıxmadı və cari mövsümün ilk istefası reallaşdı. Onu bu postda əvəzedici heyətin baş məşqçisi Samir Abasov əvəzlədi.
Belə olan halda, əvəzedici heyətin baş məşqçisi postu vakant qaldı. Rəhbərlik artıq bu məsələni həll edib. Bizdə olan məlumata görə, əvəzedici heyətdə baş məşqçi postunu Aqil Məmmədovun  sabiq köməkçisi, millinin keçmiş üzvü İlham Yədullayev tutacaq.
 
Qeyd edək ki, 7 oyuna 16 xal toplayan "Sumqayıt"ın əvəzediciləri hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp