Qurban Qurbanovun Azərbaycan futbolu tarixində özünəməxsus izi var. Futbolçu kimi ən öndəgələnlərimizdən olan hücumçunun məşqçi kimi bacarığı da göz qabağındadır. Azərbaycan milli komandasının ən çox qol vuran oyunçusu adını hələ ki, özündə saxlayan Qurbanov məşqçi kimi də uğurlara imza atıb.
Sözsüz, illər çox şeyi dəyişib. Hətta bir şəxsin sevgisi də. Əvvəl qolların bir qismini penaltidən vuran Qurbanov indi buna nifrət edir. 
Təqdim etdiyimiz videonun ilk hissəsində Qurban Qurbanovun penaltidən vurduğu qollara baxa bilərsiniz.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp