Azərbaycan milli komandasının yarımmüdafiəçisi Qara Qarayev UEFA-nın rəsmi saytına müsahibə verib.Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi sabah yığmamızın İtaliyaya qarşı keçirəcəyi oyundan danışıb.
Qarayev sabahkı matçı Azərbaycan millisi üçün həddən artıq vacib olduğunu qeyd edib: “İtaliya millisinin gücü və adını hamı bilir. Onlar demək olar ki, Avropa çempionatının final mərhələsinə çox yaxındırlar. Bu matç onlar üçün də, bizim üçün də vacib olacaq. İtalyanlar bizə qalib gəlməklə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirlər. Amma bu heç də asan başa gəlməyəcək. Bizim göstərdiyimiz son nəticələr komandada əla əhval-ruhiyyə yaradıb. Üstəlik doğma azarkşlər önündə çıxış etmək də məsuliyyətimizi artırır”.
"Qarabağ"ın üzvü komanda yoldaşı Rəşad Sadıqovun 100-cü oyununa çıxmasından da danışıb: “Rəşad Sadıqov 100-cü oyununa çıxır. O bizim liderimizdir. Həm “Qarabağ”da, həm də milli komandada əsl liderdir. Uzun illərdir ki, bu belədir. Ona 150, 200 matça çatmasının arzulayıram”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp