Sabah milli komandamız Avropa Çempionatının seçmə oyunları çərçivəsində İtaliyanı qəbul edəcək. 9-cu tur çərçivəsində keçiriləcək qarşılaşma 68 minlik Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu, millimizin rəqiblərini meydan sahibi kimi qarşılayacağı 9-cu arena kimi tarixə düşəcək. 
Bundan əvvəl ev sahibi olduğumuz stadionların yalnız 2-də debüt matçımızı qələbə ilə qeyd etmişiksə, bir o qədər oyun da bərabərliklə yekunlaşıb. Qalan 4 matçda isə rəqiblərimiz qalib gəlib. 
25.03.1993. Azərbaycan 1:0 Gürcüstan YO (Gəncə şəhər stadionu)
16.11.1994. Azərbaycan 0:2 İsrail AÇSO (Trabzon, Avni Aker stadionu) 
09.04.1996. Azərbaycan 0:1 Türkiyə YO (Tofiq Bəhramov adına Respubilka stadionu)
04.09.2001. Azərbaycan 1:1 Makedoniya DÇSO (“Şəfa stadionu)
05.09.2009. Azərbaycan 1:2 Finlandiya AÇSO (Lənkəran şəhər stadionu)
10.08.2011. Azərbaycan 0:1 Makedoniya YO (“Dalğa Arena”)
15.08.2012. Azərbaycan 3:0 Bəhreyn YO (İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu)
07.06.2013. Azərbaycan 1:1 Lüksenburq DÇSO-2014 (“Bakcell Arena”) 
Komandamız adı siyahıda qeyd olunan stadionlardan 2-də yalnız yoldaşlıq görüşlərində yararlanıb və heç vaxt rəsmi matçlara çıxmayıb. Bunlar Gəncə şəhər və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarıdı. 
Maraqlıdı ki, sözügedən bu 2 stadionda komandamız keçirdiyi 4 matçın hamısında qalib gəlib. Ümumiyyətlə, yığmamız tarixi ərzində ən çox Tofiq Bəhramov adına Respubilka stadionundan yararlanıb – 51 dəfə. Olimpiya stadionunu saymasaq, hələ ki, ən son istifadəyə verilən “Bakcell Arena”dakı oyun sayı 8-di. Ölkədəki mövcud vəziyyətə görə, UEFA-nın qərarı ilə AÇ-1996-ın seçmə oyunlarını vətəndən kənarda keçirməli olan komandamız qardaş Türkiyəyə pənah gətirir. Trabzonda “Avni Aker” stadionunda 5 oyunda meydana çıxan komandamız bu görüşlərin yalnız 1-də rəqibi ilə sülhə razı olub. Qalan 4 matçda qonaqlar komandamızı üstələyib. Yığmamız “İnter Arena” hələ “Şəfa” adını daşıyarkən burada da 4 matça çıxıb. Bundan başqa, komandamız “Dalğa Arena”dan 2, Lənkəran şəhər stadionundan isə 1 dəfə yararlanıb. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp