Vinsent Eneama milli karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, nigeriyalı qapıçı bu barədə "İnstagram" hesabından məlumat verib.
33 yaşlı əlcək sahibi bundan sonra yığma komandanın qolkiperi və kapitanı olmayacağını bildirib. Buna Nigeriya millisinin baş məşqçisi Sandey Olise ilə aralarındakı mübahisə səbəb olub.
Qeyd edək ki, Eneama yığma komandada keçirdiyi 13 il ərzində 101 matça çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp