"Sumqayıt"da baş məşqçi dəyişikliyindən sonra komanda məşqlərini bərpa edib. Futbolinfo.az xəbər verir ki, dünən əsas komandanın çalışdırıcısı təyin olunan Samir Abasov axşam saatlarında heyətə təqdim olunduqdan sonra kollektiv ilk məşqinə çıxıb. 
Bu gün səhər "kimyaçılar" növbəti məşqini keçirib. "Kapital Bank Arena"da baş tutan hazırlıq mərhələsində əsas komandanın 3 üzvü Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev iştirak etməyib. Qeyd edək ki, hər 3 futbolçu U-21-in düşərgəsində yer almaqdadır. Hazırkı heyətdə zədəli futbolçu yer alımır.
Qeyd edək ki, "Sumqayıt" növbəti oyunu oktyabrın 17-də doğma arenada "İnter"ə qarşı keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp