FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter apellyasiya şikayəti edib. Futbolinfo.az xəbər verir ki, Blatter Etika Komitəsi üzrə Arbitraj Palatasının onun haqda çıxardığı qərarın dəyişdirilməsini tələb edib.
 
Bu barədə xəbəri Blatterin vəkili də təsdiqləyib. Apellyasiya Komitəsinin onun müraciətinə hansı müddətdə baxacağı hələlik məlum deyil.
 
Qeyd edək ki, Etika Komitəsi üzrə Arbitraj Palatasının qəbul etdiyi qərara əsasən FİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp