AÇ-2016-nın seçmə mərhələsində sabah Azərbaycan millisi İtaliyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, İtaliya millisində ciddi itki baş verib.
 
Belə ki, “Skuadra Adzurra”nın təcrübəli futbolçusu Andrea Pirlo Bakıdakı məşqdə zədələnib. Bu barədə millinin baş məşqçisi Antonio Konte məlumat verib. 36 yaşlı yarımmüdafiəçi sabahkı matçda oynamayacaq.
 
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu sabah saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp