"Bavariya"nın yarımmüdafiəçisi Mario Götze sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
 
Bildirilir ki, o, AÇ-2016-nın seçmə mərhələsində İrlandiyaya qarşı matçda əzələsini dartıb.  Futbolçu 10-12 həftə yaşıl meydanlardan kənar qalacaq.
 
Qeyd edək ki, Götze cari mövsüm "Bavariya"da oynadığı 11 oyunda 4 dəfə fərqlənə bilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp