“Qalatasaray”ın ulduz futbolçusu Lukas Podolskinin zədəsi ciddi deyil. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Zədəli olduğu üçün Almaniya millisinin heyətindən çıxarılan futbolçu, Türkiyədə müayinədən sonra zədəsinin ciddi olmadığı məlum olub. O, növbəti tur “Qalatasaray”ın “Gənclərbirliyi” ilə çempionat oyununa hazır olacaq.
 
Qeyd edək ki, “Qalatasaray” – “Gənclərbirliyi” matçı 17 oktyabr Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Shares: