Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun V turun oyunları ilə bağlı cəzalar açıqlanıb.  
“Neftçala” – “Şərurspor” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Göyəzən” – MOİK matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cərimə kəsilib.Həmin oyunun 90 + 3-cü dəqiqəsində MOİK-nın futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.
“Şahdağ” – “Turan Tovuz” matçının 35-ci dəqiqəsində ev sahiblərinin futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
“Energetik” – “Zaqatala” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin oyunun 44-cü dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
“Bakı” – “Şəmkir” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin  matçın 5–ci dəqiqəsində “Bakı”nın futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat məbləğində cərimələnib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp