Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın VIII turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçın bir gün tez keçirilməsini xahiş edib. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisinin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL sözügedən oyunun cədvəlində dəyişiklik edib. 
Belə ki, “Neftçi” – “Qəbələ” matçı oktyabrın 18-dən 17-ə keçirlib. 
Bunadan əlavə, canlı yayımla əlaqədar olaraq “Sumqayıt” – “İnter” matçı oktyabrın 17-dən 18-ə təyin olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp