Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” yeni formalarını satışa çıxarıb. Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya məxsus geyim alan alan hər bir azarkeşə Avroliqanın qrup mərhələsinin “Qəbələ” – “Borussiya” oyunu üçün bilet veriləcək.
Sizi klub saytı vasitəsi ilə yayılan məlumatla tanış edirik: 
"Forma (25 AZN) + Bilet (3 AZN) = 27 AZN
Forma (25 AZN) + Bilet (5 AZN) = 29 AZN
Forma (25 AZN) + Bilet (10 AZN) = 33 AZN
Forma (25 AZN) + Bilet (20 AZN) = 42 AZN
Bundan əlavə forma almaqla:
 
– “Qəbələ”ni Dortmundda dəstəkləmək şansı qazan
– “Sarar”dan kostyum əldə et
– Futbolçularımızın imzaladığı forma sənin olsun
Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutacaq "Qəbələ"-"Zirə" matçından öncə kampaniya iştirakçıları arasında lotoreya keçiriləcək və yuxarıdakı 3 mükafat üzrə qalib müəyyənləşdiriləcək.
Formaları və biletləri “Go Sport” İdman Malları Mağazasından əldə edə bilərsiniz.
Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə
Oktyabrın 20, 21 və 22-i paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.
Formanı aldıqdan sonra qeydiyyat blankını doldurmağı unutmayın".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp