Milli oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar olaraq "Qarabağ"ın "Qəbələ" ilə hazırlıq matçına cıxdığını bildirmişdik. Futbolinfo.az xəbər verir ki, bu oyunda diqqət çəkən ən vacib məqam Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Çumbinyonun  1 il 1 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtması oldu. 
Oyuna start heyətdə meydana cıxan "sambaçı" 80 dəqiqə meydanda qaldı. Cənubi amerikalı klub saytına verdiyi açıqlamada təəssüratlarını bölüşüb:
"1 ildən çoxdur ki, meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi.  Fiziki və beyin olaraq oyuna hazır idim. Düzü, əsas narahatlığım o idi ki, ayağımda ağrı hiss edə bilərdim. Amma çox şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Allahın köməyi ilə ən qısa zamanda optimal formamı bərpa edib, komandaya kömək etmək istəyirəm".
Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin  ilk oyununda "Sent Etyen"lə qarşılaşmada zədələnərək, yaşıl meydançalardan uzaqda qalmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp