FİFA futbolçu Samir Məsimovla bağlı "Neftçi"nin lehinə qərar verib. Futbolinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytından məlumat yayılıb.
 
Mənbədə aşağıdakı ifadələr qeyd olunub:
 
"26.12.2015-ci il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi”PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirmiş, futbolçunun “Neftçi” PFK ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb etmişdir.
19.02.2015-ci il tarixdə Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” PFK tərəfindən ödənməsi tələbi ilə vəsadət qaldırmışdır.
 
Uzun müddət davam edən prosesə “Neftçi” PFK tərəfindən təcrübəli vəkil cəlb olunmuş və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanmışdır.
Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda, ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” PFK tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirmişdir".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp