Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşlı futbolçulardan ibarət Azərbayca millisi Finlandiya ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq. Bugünkü oyun göstərdi ki, komandada qələbə istəyi vardı və futbolçular əzmlə mübarizə apardılar. Bəlkə də oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq. Bunun səbəbi xeyli sayda zədəli futbolçumuzun olmasıdır. Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp