Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşlı futbolçulardan ibarət Azərbayca millisi Finlandiya ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, rəqibin baş məşqçisi Tommi Kautonen 1:0 hesablı qələbəni belə şərh edib:
“Hesab edirəm ki, hər iki komanda üçün çətin oyun oldu. Azərbaycan yığması Avstriyadakı məğlubiyyətdən sonra toparlanmağı bacarmışdı və bu gün bizə çətinlik yaşada bildi. Qapıçımız bir neçə epizodda bizi qoldan xilas etməyi bacardı. Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı”.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp