Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – Azərbaycan matçında hesabda 0:2 geridə olan millimizin baş məşqçisi Robert Prosineçki ilk əvəzetməni edib. Futbolinfo.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, Arif Daşdəmirovla əvəzlənən Maksim Medvedev birbaşa paltardəyişmə otağına yollanıb.
Əvəzlənərkən bir qədər ayağını çəkən "Qarabağ"ın müdafiəçisinin zədə və ya havanın soyuq olması səbəbindən paltardəyişmə otağına yollanması müəmma olaraq, qaldı.
Qeyd edək ki, Medvedev görüşün 62-ci dəqiqəsində əvəzləndi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp