Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçirdiyi son oyunda 0:2 məğlub olan millimizin baş məşqçisi Robert Prosineçki matçsonrası mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin rəhbərliyi altında ən bərbad oyununu keçirdiyini etiraf etdi.
– Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Rəhbərliyim altında milli ən pis oyununu keçirdi. Xüsusilə ilk yarıda bərbad oynadıq. Rəqib ədalətli qələbə qazandı. Futbolda bu cür hallar olur. Səhvləri təhlil edib, aradan qaldırmağa çalışacağıq.
– Maksim Medvedev əvəzlənərkən birbaşa paltardəyişmə otağına yollandı. Əvəzetmə zədəylə bağlı idi, yoxsa keyfiyyətsiz oyunla?
– Təəssüf ki, zədəylə bağlı idi. Hazırda həkimimiz Medvedevi müayinə edir.
– İkinci hissənin əvvəlində sərgilənən futbolu 90 dəqiqə oynamağa nə mane oldu?
– Bayaq da qeyd etdim ki, ən zəif oyunumuzu keçirdik. Deyə bilmərəm bu, İtaliya ilə oyunun yorğunluğu ilə bağlı idi, ya yox. İlk yarıda rəqib daha istəkli və aqressiv idi. Amma fasilədən sonra dirildik. Gəl ki, 2-ci qolu buraxdıqdan sonra matçı xilas etmək mümkün olmadı.
 
CEYHUN ƏLİYEV, Sofiya
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp