Bu gün AÇ-2016-nın seçmə mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisi son matçında səfərdə Bolqarıstana 0:2 hesabı ilə uduzub. 
Əsas yığmanın heyətində debüt edən Elnur Cəfərov rəqibin güclü olmadığını bildirib. "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi futbolinfo.az saytına verdiyi açıqlamada komanda yoldaşlarına təşəkkür edib:
"Rəqib ancaq "2-ci mərtəbə"də üstün oldu. Hər iki topu başla vurdular. Təəssüf ki, öz oyunumuzu sərgiləyə bilmədik. Buraxdığımız 2-ci qol matçın qırılma nöqtəsi oldu. Özümə gəlincə, heç bir həyəcan keçirmirdim. Uşaqlar sağ olsun, hər biri mənə dəstək oldu. Bolqarlar güclü deyildilər, amma biz də hücumda ciddi heç nəylə yadda qalmadıq. Ancaq uzaqdan vurduğumuz bir neçə zərbə təhlükəli alındı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp