Mövsümlərarası fasilənin ən gözlənilməz gedişlərindən biri “Qəbələ”də reallaşdı. Dodo ilə birgə “Qəbələ”nin ən uğurlu legionerlərindən olan Viktor Mendi uzun illər çıxış etdiyi kollektivlə vidalaşdı.
 
Ölkəsinə qayıtmaq və futbolçu karyerasının son illərini burada keçirmək istəyən Mendi indi tamamilə fərqli qərar qəbul edib. Bizdə olan məlumata görə, bir neçə klubun birbaşa müqavilə təklifindən imtina edən hücumçu hazırda futbolsuz qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp