Dünən AÇ-2016-nın son oyununda Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub edən Bolqarıstan millisinin üzvü Dimitri Rangelov yerli mətbuata açıqlama verib.Futbolinfo.az xəbər verir ki, millimizin qapısına vurulan 2-ci qolun müəllifi olan hücumçu komandasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. 
Rangelov qeyd edib ki, komandamızın kifayət qədər təcrübəsi olmadığı üçün qrupdan çıxa bilməyib: “Qrup mərhələsində əsas problemimiz təcrübəsizlik idi. Heyətdə gənc futbolçular çoxdur. Müsbət düşüncəm yoxdur. Çünki biz qrupdan çıxa bilməmişik. Azərbaycanı məğlub etməklə nəsə dəyişmədi. Amma yenə də qələbə lazım idi. Gələcəyə ümidlə baxmaq lazımdır”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp