Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, 1/16 final mərhələsin çərçivəsində 3 görüş baş tutub. 
Bir oyundan ibarət olacaq mərhələyə Bakı və Qusarda start verilib. “Turan Tovuz” səfərdə MOİK-i 2:1, "Şəmkir" isə “Şahdağ”ı 3:1 məğlub edərək növbəti mərhələyə adlayıb. 
Mərhələyə "Bayıl Arena"da yekun vurulub. Səfərdə “Şərurspor”un qonağı olan “Qaradağ Lökbatan” 3:3 başa çatan matçın penaltilər seriyasında daha dəqiq (5:4) oynayaraq, sevinən tərəf olub.
 
Qeyd edək ki, 1/8 finalda “Turan” evdə “İnter”lə üz-üzə gələcək, “Qarabağ” “Şəmkir”i qonaq edəcək, “Neftçi” isə evində “Qaradağ Lökbatan”ı sınağa çəkəcək.  
 
Azərbaycan Kuboku
1/16 final
14 oktyabr (çərşənbə)
MOİK – “Turan Tovuz” 1:2
QOL: R. Qəvami, 63 – V. Qarayev, 53, T. Alhüseynli, 110
Qırmızı vərəqə: Qürbət Əmrahov, 49 ("Turan Tovuz", 2-ci sarı)
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov 
AFFA nümayəndəsi: Nüvər  Xasıyev
Hakim-inspektor: Eldəniz  Musayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
MOİK: 1. Elçin Cəfərov (k), 7. Qadir Həsənli, 21. Fərid Quliyev, 3. Azər Həbibov, 14. Araz İbadlı, 10. Tariq Qasımov, 24. Rafail Qəvami, 15. Şərafəddin Camalov, 4. Cavid Həziyev, 13. Bayram Kərimov, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 20. Hüseyn İsgəndərov, 6. Rəşad Hacızadə, 8. Cavidan Şükürov, 16. Ramin Məmmədzadə, 17. Kərim Əliyev, 11. Savalan Bağırov.
Baş məşqçi: Şamil Adilov.
“Turan Tovuz”: 12. Natiq Səhrətov, 3. Qüvvət Əmrahov, 5. Azər Məmmədov, 6. Sənan Qocayev, 7. Hafiz Əliyev (k), 8. Seymur Tağıyev, 9. Akif Tağıyev, 17. Aqşin Sadıqov, 21. Vüsal Qarayev, 22. Tuqay Alhüseynli, 66. Sabayıl Bağırov.
Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 2. Elxan Alışanlı, 4. Afin Bağırov,10. Asəf Qədiri, 11. İlkin Rzayev, 77. Fizuli Ocaqverdiyev, 99. Eyvaz Mərdanov.
Baş məşqçi: Nizami Sadıqov.
 
“Şahdağ” – “Şəmkir” 1:3 
QOL: İ. Səmədov, 89 – B. Teymurov, 34, 87, Ə. Hüseynov, 68
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Rüfət  Əliyev
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
 
“Şahdağ”: 93. Sadiq Ramazanov, 18. Marat Muradov, 7. Mahiddin Ağamov, 6. Şıxqayıb Şıxqayıbov, 14. Faik Ağarəhimov, 13. Vüqar Əsəliyev, 8. İqrar Səmədov (k), 11. Rəşad Orucov, 22. Orxan Müzəffərli, 10. Vurğun Həsənzadə, 15. Xəyal Qocayev.
Ehtiyat oyunçular: 23. Samir Quliyev, 2. Rubin Seyidov, 4. Kamran Ağakərimov, 3. Marat Əzizov, 19. Ramin İsaqov, 5. Şamil Yusupov, 12. Emil Həmidov.
Baş məşqçi: Telman Cavadov.
“Şəmkir”: 1. Şamo Həsənov,14. Vüqar İbrahimov, 4. Orxan Məmmədov, 44. Vüqar Əlibabayev, 19. Araz Əsədullayev, 7. Bəhruz Teymurov, 57. Anar Rzayev, 77. Əziz Hüseynov, 8. Cavidan Qazıyev, 25. Qərib İbrahimov (k), 11. İlham Allahverdiyev.
Ehtiyat oyunçular: 12. Nicat Mahmudov, 15. Şahin Kərimov, 18. Əmrah Paşalı, 5. Elmin İsmayılov, 17. Elmin İsmayılov, 6. Rəhman Şabanov, 23. Sərxan Ağayev.
Baş məşqçi: Kamran Əlibabayev.
 
“Şərurspor” – “Qaradağ Lökbatan” 3:3 (Pen: 4:5)
QOL: Rəhman Musayev, 22, 86, Fariz Nəcəfov, 105+1 – Sabir Allahquliyev, 9, 58, Rüfət Məmmədov, 101
Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov 
AFFA nümayəndəsi: Ramiz  Abdullayev
Hakim-inspektor: Vahid  Hüseynov
“Bayıl Arena”
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp