Dünən Avrop Çempionatının seçmə mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, baş tutan matçlardan sonra gələn il Fransada baş tutacaq qitə çempionatının final mərhələsində iştirak edəcək bütün komandaların adına aydınlıq gəlib. 
İlk dəfə 24 komanda ilə təşkil olunacaq turnirə birbaşa vəsiqə qazanan 20 komanda bunlardı: İngiltərə, Çexiya, İslandiya, Avstrya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Rumıniya, Albaniya, Almaniya, Polşa, Rusiya, Slovakiya, Xorvatiya və Türkiyə, Fransa. 
Adıçəkilən ölkələrdən Fransa da meydan sahibi, Türkiyə isə ən yaxşı qrup üçüncüsü olduğundan mübarizəyə birbaşa final mərhələsindən qoşulacaq.
Bundan başqa, Bosniya və Hersoqovina, Macarıstan, Ukrayna, İsveç, Norveç, Danimarka, İrlandiya, Sloveniya isə pley-off mərhələsində son 4 vəsiqə sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, qitə çempionatı gələn il iyunun 10-dan, iyulun 10-a kimi keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp