“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirində ardıcıl ikinci qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, bu gün baş tutmuş qarşılaşmada "ağqaralar" “Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub edib. 
Bakı təmsilçisinin heyətində Musa Qurbanlı və Ramin Nəsirli fərqləniblər. “Neftçi” B qrupundakı üçüncü oyununu sabah “Spiru Xaret” (Kişinyov, Moldova) komandasına qarşı keçirəcək. 
Xatırladaq ki, təmsilçimiz turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubuna 3:0 hesabı ilə qalib gəlmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp