“Neftçi”nin dəvəti ilə ölkəmizdə olan Brazilyanın “Fuluminense” klubunun nümayəndəsi Marselo Teyşera bu gün azərbaycanlı jurnalistlərlə görüşüb. Futbolinfo.az saytının nümayəndəsinin də iştirak etdiyi brifinqdə O media nümayəndələrinin suallarını cavablandırıb. 
 
– Artıq bir neçə gündü ki, Bakıdasınız. Azərbaycan futbolu haqda ilkin təəssüratlarınız nədi?
– Düzü vaxtım çox olmadığından ancaq “Neftçi”nin məşq prossesini və U-19 komandasına qarşı oyununu izləmişəm. Klubun infraskturu çox müasirdi. İndidən görünür ki, klub gələcəyi düşünür. Azyaşlı uşaqlarla işləməyi də bir daha buna sübutdu.
Gələcəkdəki əməkdaşlığnız nədən ibarət olacaq?
– “Fluminense” Brazilyanın ən güclü klublarında biridi. Bizim hazırda beynəlxalq bir lahiyəmiz var. Bu lahiyə çərçivəsində bir neçə klubla da əməkdaşlıq edirik. “Fluminensie”nin fənc komandaları Avropada keçirilən bəzi turnirlərin qalibi olub və “Neftçi”nin nümayəndələri də orada iştirak edib. Turnirlərin birində  Aylton ən yaxşı futbolçu seçilmişdi və “Neftçi” nümayəndələri də onu orada bəyənmişdi. Bizim həmin vaxt “Neftçi”ni daha yaxından tanımaq imkanımız oldu. Bundan başqa, birgə lahiyələr barəsində də söhbətlərimiz oldu. 
– Konkretləşdirsək, əməkdaşlığınızın detalları nədi?
– İndidən nəsə demək çox tezdi. Bu yaxınlarda “Neftçi” nümayəndələri Brazilyada olmuşdu. Cavab addımı kimi biz də Bakıya gəldik. Hələ ki, bir-birimizə ideyalarımızı deyirik. Ümid edirəm ki, gələcəkdə işbirliyimiz olacaq. 
– Bayaq qeyd etdiniz ki, bir neçə klubla əməkdaşlıq edirsiniz. Sirr deyilsə həmin klubların adını deyə bilərsinizmi?
– Bizim digər klublarla beynəlxalq layihələrimiz yoxdu. Sadəcə, biz həmin klublarla eyni layihədə iştirak edirik. Bu da imkan verir ki, bizim futbolçularımız Avropada, Çində ABŞ-da və digər ölkələrdə çıxış etsinlər və özlərini tanıtsınlar. “Fluminense” klubunun belə bir devizi var: “yaxşı şəxsiyyət yarat ki, yaxşı futbolçu olsun”. Çalışırıq ki, gənc futbolçularımız Avropada çıxış etsinlər. Çünki onlar burada başqa bir dil öyrənərlər, yeni mədəniyyətlərlə tanış ola bilərlər. Ümumiyyətlə, yeni şərtlər altında yaşamağa öyrənərlər. 
– Avropada futbolu bizdən qat-qat səviyyəli olan ölkələr qala-qala Azərbaycanı seçməyinizdə səbəb nədi?
– Bunun üçün 2 səbəb var. İlk faktor odu ki, sizin fantastik, inkişaf edən ölkəniz var. Biz belə bir ölkə ilə işləməyi çox istəyərdik. Digər səbəb isə Azərbaycandan fərqli olaraq, İtaliya, İngiltərə və s. bu kimi ölkələrdə avropalı olmayan futbolçu gərək millisinin şərəfini qoruya. Azərbaycanda bu cür problem yoxdu. 
– “Neftçi”nin gənc futbolçularının Brazilyaya gedib təcrübə toplaması planda varmı?
– Bəli, bu, mümkündü. Çox istərdik ki, akademiyamızda xaricdən gələn futbolçular olsun. Bu, gözəl mübadilə olacaq. Çünki xaricdən gələn futbolçu ilə ingilis dilində danışmalısan, xarici dil öyrənməlisən. Bu, bizim üçün də bir inkişafdı. 
– Bakıya gəldikdən sonra Ayltonla görüşüb, söhbət etmisinizmi?
– Dünən görüşmüşük. Vaxt azlığından ətraflı söhbət etməyə imkanımız olmadı. Amma mənim əsas məqsədlərimdən biri də onunla ətraflı danışmaqdı. Biz Ayltona “Fuluminense”nin hələ də onu izlədiyini göstərmək istəyirik. 
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp