“Neftçi”nin yeni titul sponsorunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun yeni sponsoru "ASAN Xidmət" olacaq.
 
Sabah Bakı Biznes Mərkəzində təşkil ediləcək tədbirdə klubla şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
 
Bundan sonra "ASAN Xidmət" “Neftçi”nin formasında da öz əksini tapacaq. Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də “Qəbələ”yə qarşı keçiriləcək qarşılaşmaya paytaxt klubu yeni formada meydançaya çıxacaq.
(Apasport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp