“Xəzər Lənkəran” klubu aparıcı oyunçusu Rasim Ramaldanovun xidmətindən yenə məhrum olub. Onun zədəsinin tam sağaldığı güman edilsə də, vəziyyət fərqlidir. 
Futbolinfo.az saytının məlumatına görə, təcrübəli müdafiəçinin əzələsi dartılıb. Hazırda Bakıda olan futbolçu həkim nəzarətindədir. Müalicə olunan oyunçu bir müddət dincəlməlidir. Rasimin hesabat turunda AZAL-a qarşı oynamaq şansı yoxdur. 
Qeyd edək ki, Ramaldanovun yoxluğunda “ağ-yaşıllar”ın müdafiə xəttində böyük problemlər yaşanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp