Sabah yeni titul sponsoru – “Asan Xidmət”lə müqavilə imzalayacaq “Neftçi”nin bundan sonra maykasının üzərində SOCAR yazısı olmayacaq.  Futbolinfo.az klubun bunun qarşılığında 10 milyon manat əldə edəcəyi barədə məlumat əldə etsə də, “ağ-qaralar”ın icraçı direktoru Elnur Məmmədov informasiyanı təkzib edib.
Saytmıza açıqlamasında klub rəsmisi məbləğin 10 milyon olmadığını bildirməklə yanaşı, müqavilənin detalları barədə sabah “Asan Xidmət”lə müqavilə imzalanarkən məlumat verəcəyini dilə gətirdi: “Xeyr, “Asan Xidmət”lə 10 milyonluq müqavilə imzalanmayacaq. Bu məbləğ həddən artıq şişirdilib. Müqavilədə bir çox başqa məqamlar olacaq, onları da tam açıqlayacağıq. Amma bundan sonra komandanın maykalarında məhz titul sponsorumuzun reklamı əks olunacaq. SOCAR yazısı formalarda olmayacaq”.
Qeyd edək ki, “Neftçi” “Asan Xidmət”li maykalarında Topaz Premyer Liqasının növbəti turundan etibarən çıxmağa başlayacaq. Şənbə günü “ağ-qaralar” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp