"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinin 3-cü matçında da qələbəni bayram edib. Bu gün baş tutmuş görüşdə "Neftçi" "Spiru Xaret" (Kişinyov, Moldova) komandasını 4-1 hesabı ilə üstələyib. 
Təmsilçimizin heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər.  
“Ağ-qaralar” B qrupundakı 4-cü oyununu sabah “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək. 
Xatırladaq ki, bakılılar turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp