“Liverpul”un hücumçusu Denni İnqz sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, ingiltərəli futbolçu dizinin çarpaz bağlarından zədələnib. Maraqlıdı ki, “Liverpul”un yay transfer dönəmində “Börnli”dən transfer etdiyi 23 yaşlı hücumçu yeni baş məşqçi Yurgen Kloppun rəhbərliyi alıtnda ilk məşində zədələnib. 
 
Qeyd edək ki, İnqz mövsümün sonuna qədər yaşıl meydanlara çıxa bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp