Avropa Liqasının qrup mərhələsinində “Qəbələ” Dortmundun “Borussiya” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq meydan sahiblərinin oyunöncəsi məşq və mətbuat konfransının vaxtı dəqiqləşib. 
Belə ki, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oktyabrın 21-i, saat 18:45-də jurnalistlər önününə çıxacaq. Bundan 45 dəqiqə sonra – saat 19:30-da isə komanda oyunöncəsi son məşqini keçirəcək. Almaniya təmsilçisinin baş məşqçisi Tomas Tuhelin mətbuat konfransının və “arılar”ın məşqinin vaxtı isə hələ dəqiqləşməyib. 
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı oktyabrın 22-də saat 22:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp