Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” Dortmund “Borussiya”sını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq matçın biletlərinin satışa çıxarılacağı vaxt da bəllidi. 
Belə ki, biletlər ayın 19-dan etibarən, “Bakcell Arena”da satışa buraxılacaq. Qarşılaşmaların biletləri 3, 5, 10 və 20 manatdı. Görüşü Almaniyadan gələn medya nümayəndələri də işıqlandıracaq. Belə ki, sözügədən ölkədən klubun mətbuat departamenti ilə birlikdə 18 jurnalistin Bakıya gələcəyi gözlənilir.
“Arılar” bu qarşılaşmada azarkeş sarıdan korluq çəkməyəcək. Onları paytaxtımızda 600-ə yaxın fanat dəstəkləyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp