Ukrayna mətbuatı milli komandamıza dəvət olunan Pavel Paşayevə görə həyfslənir. Futbolinfo.az “Sport-Ekspress”in Ukrayna versiyasının son sayına istinadən xəbər verir ki, müdafiəçi millimizin dəvətini qəbul etdikdən sonra şərəfini qoruduğu Zaporojye “Metallurq”unda legioner hesab olunmağa başlayıb.
“S-E” Ukraynada çıxış edən futbolçuların milli komandalarındakı çıxışlarını dəyərləndirirkən Robert Prosineçkidən gileyləniblər: “Pavel Vaqifoviç Paşayevə görə təəssüflənməmək olmur. Azərbaycan yığmasının şərəfini qorumağa razılıq verdikdən sonra Ukraynada legioner hesab edilməyə başladı. Özü də bu, əsas millinin heyətində 2 yoxlama və gənclər yığmalarında çoxsaylı rəsmi görüşlərdən sonra baş verib. Prosineçki onu mütamadi olaraq, Azərbaycan yığmasının oyunlarına dəvət edir, ancaq heç cür meydana buraxmır”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp