"Qəbələ" klubu yeni stadion tikməkdən imtina edib. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ İK”ya açıqlamasında klubun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Nənəfov fikrini belə izah edib: "Yeni stadion inşa etməyi planlaşdırırdıq. Bunun üçün sahə də ayrılmışdı. Həmin arenanın layihəsi də var. Amma şəhər əhalisinin ümumi sayını və ev oyunlarına gələn tamaşaçı sayını nəzərə alıb, hazırkı stadionu modernləşdirməyə qərar verdik. Bu arenanı elə səviyyəyə çatdırmaq istəyirik ki, komandamız qarşıdakı 5 ildə də burada çıxış etsin. Bir müddət əvvəl bu məsələylə bağlı memarlarla müzakirələr aparıb, belə qənaətə gəldik ki, daha bir tribuna tikib, arenadakı oturacaqların sayını artırmaq mümkündür. Bu işlər görüldükdən sonra Qəbələ şəhər stadionunun tutumu 8000-ə çatacaq. Nəticədə indiki arenamız avrokubok matçlarının da keçirilə biləcəyi müasir stadiona çevriləcək".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp