"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirində ardıcıl 4-cü qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" bu gün Krasnodarın “Nadejda” klubunu 3:2 hesabı ilə məğlub edib. 
Bakı təmsilçisinin qollarından ikisini Abdulla Rzayev, birini isə Musa Qurbanlı vurub.
Qeyd edək ki, bundan əvvəlki oyunlarda Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1) və Moldovanın “Spiru Xaret” (4:1) klubunu məğlub etmiş “Neftçi” sabah qrupdakı son matçında “Qudauta” (Abxaziya) ilə qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp