Heyətlə bağlı ciddi problemlər yaşayan “İnter” klubu müdafiəçisi İvan Benitezdən pis xəbər alıb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi dekabra qədər komandasına kömək edə bilməyəcək. Benitez artıq Azərbaycanı tərk edərək, vətəninə yollanıb. 
Hazırda istirahət edən Benitez daha sonra bərpa prosesi keçəcək. Onun “İnter”ə qayıdıb-qayıtmayacağı qışda bilinəcək. 
Qeyd edək ki, Benitez heç vaxt “İnter”in aparıcı oyunçusu olmayıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp