Bu gün Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray” öz meydanında Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, matçın başlamasına bir neçə saat qalsa da, artıq oyun ətrafında qalmaqal yaşanıb.
Buna səbəb pirineylilərin heyətində çıxış edən Kostas Mitroğlunun öz “İnstagram” səhifəsində paylaşdığı şəkilin altına yazdığı rəy olub. Yunan hücumçu rəydə İstanbul klubunu təhqir edib.
Qeyd edək ki, “Qalatasaray” – “Benfika” matçı bu gün saat 23:45-də start götürəcək.