Topaz Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 24-də Gəncədə “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını Bakıda davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçir.
Əyalət təmsilçisi sabah Yevlaxa yollanaraq, şəhər stadionunda məşq edəcək. Oktyabrın 23-də Nizami yurdunun təmsilçisinin son məşqi isə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. Hazırlıq prosesi saat 16:00-da başlayacaq.
Shares: