Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda “Qəbələ” Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün matçın keçiriləcəyi "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk bu sözləri deyib:
– Rәqibin gücünә bәlәdik. Sabahkı oyunda görәcәksiz, necә çәtin olacaq. Biz müdafiә olunmaq üçün oynamırıq. Bu, fәlsәfәmizә uyğun deyil. Biz yaxşl yerlәr üçün oynayırıqsa, hücumlarımızı çoxaldaq.
– Sizi nә narahat edir?
– Sözlә deyil, işlә özümüzü göstәrmәliyik. İşimizi düzgün qurmuşuq . Narahat olmalı bir şey yoxdur. Futbolçularıma әminәm vә güvәnirәm. Sabah uğur qazanmaq üçün çalışacağıq. Hәm psixoloji, hәm dә fiziki cәhәtdәn hazırıq.

– Çempinatda komandanız müdafiәdәn hücuma daha yaxşı çıxır. Amma Avropa Liqasında bunu edә bilmirsiz…
– Çempionatla Avropa Liqasını ayırmaq istәmәzdim. Amma avrokuboklarda komandalar daha güclüdür. Yәni o sәbәbdәn alınmaya bilәr. Avroliqadakı komandaların heyәtindәki futbolçular çox sürәtlidir. Bunu Allahın vergisi dә adlandırmaq olar.

– Sabah da hәmişә olduğunuz kimi aqressiv tapşırıqlar verәcәksiz, ya oturub, müşahidә edәcәksiz?
– Әgәr hesabda 3:0 irәlidә olsam, oturub, oyuna baxmaq istәyәrәm. Nәzәrә alsaq ki, sabah çәtin olacaq. Düşünürәm ki, sabah sakit dayanmayacam. Futbolçularıma tapşırıq verәcәm.

– Almaniyadan Bakıya təxminən 600 azarkeş gəlib. Sabah “Bakcell Arena”ya gələcək yerli azarkeşləri hansı cümlə ilə alovlandıra bilərsiz?
– Həmişə belə düşünürəm ki, əgər komanda yaxşı oynasa və nəticə əldə etsə, azarkeşlər stadiona gələcək. İndiki məqamda mümkün olan hər şeyi etdik. Biz azarkeşlərimiz, stadiona gələn insanlar üçün futbol oynayırıq. Futbol insanları birləşdirən, sosial hadisədi. Bu arenada azarkeşlər həmişə bizə dəstək olublar. Onlara qabaqcadan dəstəyə görə təşəkkürümü bildirirəm.

– Rəqiblə bağlı sizi sevindirən və qorxudan məqamlar hansılardı? “Borussiya”nın adı psixoloji baxımdan sizə əlavə çətinlik yaradırmı?
– Xeyr. Allaha təşəkkür edirəm ki, bu cür komanda ilə qarşılaşmaq imkanı qazanmışıq. Bunun özü bir uğur deməkdi. Siz, biz, hamımız ilk növbədə, “Borussiya” kimi komandanın Azərbaycana gəlməsinə sevinməliyik. Bu mənə qürur hissi verir. Onlar bizə qarşı oynayacaqlar və imkan yaradacaq ki, nəyə qadir olduğumuzu görək. Heç bir qorxudan söhbət gedə bilməz. Əksinə həddindən artıq marağım var. Sabah komandamın meydanda necə görünəcəyinə şahid olmaq istəyirəm. “Borussiya” elə oyun göstərir ki, onları öyrənmək çətin deyil. Onlarla oyunlarına baxmışıq. Düzdü, onların bir neçə variantı var ki, vəziyyətə uyğun onu seçirlər. Ustalıq səviyyəsi yüksək olan, sürətli oyunçuları var. Bizim üçün çətinlik onların sürətinə qarşı oynamaq olacaq. Müdafiədə diqqətli olmalı və çoxlu hücum etməliyik.

– Adınız Ukrayna yığması ilə birgə hallansa da, bu barədə keçən dəfə danışmaq istəmədiz…
– Mənim “Qəbələ” ilə mövsümün sonuna qədər müqaviləm var. Başqa şərh vermək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, bu kluba sevgim böyükdü. Sabahkı oyunu düşünməliyik. Mən bu günlə yaşayıram. Gələcəkdə necə olacağını isə indidən düşünmək istəmirəm, beynimi bu kimi fikirlərlə yormuram.

– "Borussiya"nın konkret hansı futbolçularına diqqәt etmisiz?
– Onların sayı 15-dir.
– Onların sayı 15-dir.
– Ermәni hücumçu Henrik Mxitaryan Bakıya gәlmir. Bu sizi sevindirir?
– Bu tip suallardan xoşum gәlmir. Mxitaryan güclü futbolçudur. Onun milliyәti mәni maraqlandırmır. Әgәr o Baklya gәlsәydi, onun üçün dә tәdbirlәr görәrdik. Qarşısını almağa çalışardıq.