Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda “Qəbələ” Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün matçın keçiriləcəyi "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın ukraynalı yarımmüdafiəçisi Aleksey Qay bu sözləri deyib:
– Rəqib barədə öz aramızda tez-tez danışırıq. Necə komandaya qarşı oynayacağımızı bilirik. Rəqibin kimliyindən asılı olmayaraq, istənilən futbolçumuzla söhbət etməyə hazıram. Futbolda ünsiyyət böyük rol oynayır.
– Cavid Hüseynov üçün darıxırsız?
– Belә anlar olur. Amma bundan yapışıb qalmamaq üçün başqa şeylәr düşünmәk lazımdır.
– Belә anlar olur. Amma bundan yapışıb qalmamaq üçün başqa şeylәr düşünmәk lazımdır.