Bu gün UEFA Gənclər Liqasında I mərhələnin cavab oyunları (19 yaşlı futbolçular arasında) keçirilir. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Rəvan" öz meydanında Moskva "Spartak"ını qəbul edir.
"Dalğa Arena"da keçirilən qarşılaşmada yerli azarkeşlərin marağı demək olar ki, yoxdu. Təxminən 15-20 nəfər səssizcə bu görüşü izləyir. Əvəzində qonaq komandanın 10-a yaxın fanatı susmaq bilmir. Rus tərəfdarlar dayanmadan sevimlilərini irəli səsləyir.
Qeyd edək ki, Moskvada keçirilən ilk qarşılaşmada meydan sahibləri 4:0 hesabı ilə qalib gəlmişdi.