Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq Dortmund “Borussiya”sının hücumçusu Yonas Hoffman mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, futbolçu Bakıya 3 xal dalınca gəldiklərinii bildirib. 
– Mxitaryanın Bakıya gəlməməsi klubun qərarıdı, yoxsa özü də istəmirdi?
– Mxitaryanla bağlı qərar onunla birgə qəbul olunub. İki ölkə arasındakı münasibətləri nəzərə alaraq, belə qərara aldıq ki, o, Almaniya Bundesliqasının nöbəti oyununa hazırlaşsın. Doğrudu, sabahkı görüş də vacibdi, amma hesab etdik ki, belə daha yaxşı olar.
 
– “Qəbələ”ylə bağlı fikirləriniz?
– Rəqibi təhlil etmişik. Bilirik ki, daxili çempionatda 2-ci pillədə qərarlaşıblar. İntizamlı komandadı. Çalışacağıq kompakt oynayıb, oyuna nəzarəti əlimizdə saxlayaq.
 
– Sabahkı oyunda 3 xal sizə nə dərəcədə vacibdi?
– Sabah 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıdan qalib ayrıla bilsək, evdə bizə daha rahat olacaq. Əlbəttə, asan olmayacaq. Amma çalışacağıq ki, Almaniyaya 3 xalla dönək.
 
– Sabahkı oyunda da azarkeşləriniz yanınızda olacaq…
– Yunanıstandakı görüşdə də fanatlarımız yanımızda idi. Onlar daim bizimlədilər. Əlbəttə, bu, komanda üçün əlavə motivasiya, əlavə üstünlükdü.
Shares: