Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Borussiya” matçından 1 gün öncə Almaniya təmsilçisinin baş məşqçisi Tomas Tuhelin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, Dortmund klubunun çalışdırıcısı Mxitaryanın yoxluğuna heyfsləndiyini gizlətməyib.
– “Qəbələ”nin heyətində diqqətinizii xüsusi cəlb edən futbolçu oldumu?
– Hansısa futbolçunu xüsusi qeyd etmək istəməzdim. “Krasnodar”la oyunlarını izləmişik. Nəinki heç-heçə, hətta qələbə qazana bilərdilər. Komanda şəklində xoş təsir bağışlayırlar.

– Sabah bu vaxt oyunda təqribən 50-ci dəqiqə gedəcək. Görüşə 1 gün qalmış həyəcanlısınızmı?
– Həyəcan istənilən rəqiblə oyundan əvvəl olur. “Qəbələ” də istisna deyil.

– “Qəbələ”nin üstün tərəflərini qeyd edə bilərsinizmi?
– İlk növbədə rəqibə hörmət edirik. Onları təhlil etmişik. Əlbəttə, qalib gəlmək istəyirik. Bunun üçün ən yaxşı oyunlarımızdan birini nümayiş etdirməliyik.

– Mxitaryanın yoxluğu oyuna nə dərəcədə təsir edəcək?
– Təəssüf ki, siyasi motivlərə görə Azərbaycana gələ bilmədi. Əlbəttə, onun yoxluğunu tam unutdura bilməyəcəyik. Ancaq Mxitaryanı əvəz edə biləcək futbolçularımız da var. Məsələn, Yons Hoffman.