Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Monako” ilə qarşılaşacaq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç oyun haqqında fikirlərini bölüşüb:
“Rəqib çox güclüdü. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdu. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdi. Ona görə də diqqətli olmalıyıq”.